Sergey Lavrov: `ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük`
25.04.2017 774 0.0 0

 "ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində müsbət iştirakını görürük".
Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN başçısı bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar