Sensasiya-İŞİD-ə yardım atan 2 ingilis təyyarəsi vuruldu
24.02.2015 879 0.0 0

İraq rəsmiləri koalisiya qüvvələrinin İŞİD -ə havadan yardım yolladığını və iki Britaniya təyyarəsinin vurulduğunu iddia edir 

 

 
İraq ordusunun xüsusi təyinatlıları əl-Ənbar əyalətində İŞİD-ə silah yardımı aparan iki Britaniya təyyarəsini vurub. Bu barədə İraq İslam Məclisi sədrinin müavini Hakim əl-Zamili açıqlama verib. Türkiyədə yayımlanan  rasthaber.net saytının məlumatına görə, əl-Zamili bildirib ki, təyyarələrin vurulması nəticəsində 4 ingilis pilot həlak olub. 
 
Ancaq hadisənin nə zaman baş verdiyi açıqlanmır. Digər tərəfdən, hələlik Britaniya hökumətindən iddia ilə bağlı açıqlama gəlməyib.  
Eyni zamanda xəbərdə qeyd olunur ki, İraq Ali İslam Məclisinin sədri Əmmar əl-Həkim ABŞ təyyarələrinin İŞİD-ə yardım atması ilə bağlı ABŞ hökumətindən izahat tələb edib. Bağdadda ABŞ ordusu nümayəndəsi ilə görüşən Əmmar əl-Həkim ABŞ-ın İŞİD-lə bağlı mövqeyini tənqid edib, eyni zamanda İŞİD-ə yardım edilməsi ilə bağlı açıqlama tələb edib. Qeyd edək ki, son aylarda İraq mediasına məhz İŞİD koalisiya ölkələri tərəfindən yardım edilməsi haqda xəbərlərin sayı artıb. /musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar