Senator Bob Korker: `Trampın hərəkətləri III Dünya müharibəsi ilə nəticələnə bilər`
09.10.2017 676 0.0 0

Senator Bob Korker ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasəti tənqid edib.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə “The New York Times” məlumat verib.

 

Senator deyib ki, Tramp öz işinə realiti şou iştirakçısı kimi yanaşır: “Tramp digər ölkələri təhdid edir, onun hərəkətləri III Dünya müharibəsinə gətirib çıxara bilər. O məni narahat edir. Ölkəmizi düşünən hər bir kəs narahat olmalıdır”.

 

Qeyd edək ki, Senatda Tennessi ştatını təmsil edən 65 yaşlı respublikaçı seçkiqabağı kampaniya dövründə D.Trampın tərəfdarlarından biri olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar