SENATOR ABŞ-IN HAZIRKI İSRAİL SİYASƏTİNİ TƏNQİD ETDİ
02.02.2015 796 0.0 0

Keçmiş ABŞ prezidentliyinə namizədlərindən Respublikaçı Partiya üzvü Arizona senatoru Makkeyn, "ABŞ ilə İsrail arasındakı əlaqələr həyatımda gördüyüm ən pis səviyyədədir" deyə açıqlama verib.
 

ABŞ Senatında, ABŞ prezidenti Barak Obama rəhbərliyinə xüsusilə xarici siyasətdə sərt tənqidlər yönəldən keçmiş ABŞ prezidentliyə namizəd Respublikaçı senator Con Makkeyn, CNN telekanalında qatıldığı verlişdə, Vashington ilə Tel Əviv arasındakı əlaqələri qiymətləndirib. Makkeyn, ABŞ-İsrail əlaqələrinin köhnə başçılardan Corc Buş zamanında da gərginləşməyə başladığını xatırladıb.

Daha sonra Makkeyn, bu ana kimi Obama qədər İsrail ilə çətin bir əlaqəyə sahib olan başqa bir prezidentin ABŞ-da hakimiyyət başına gəlmədiyini deyərək, "İsrail ilə əlaqələr heç bir zaman mükəmməl olmayıb, amma çöldən baxan biri üçün əlaqələrin heç bu qədər də pis olmadığını irəli sürə bilər" deyə vurğulayıb.

Qazeta.info AA-ya istinadən bildirir ki, Fələstin və İranla həyata keçirilən nüvə müzakirələr mövzularına da toxunan Makkeyn, Obamanın İsrail ilə əməkdaşlıq səviyyəsi haqqında həqiqi olmayan bir çox təmənnaya girdiyini iddia edib.

ABŞ ilə İsrail arasındakı əlaqələr son dövrdə prezident Obamanın, Nümayəndələr Məclisi Başçısı Con Boehnerin dəvəti ilə konqresə xitab etmək üçün mart ayında Vaşinqtona gələcək olan İsrail baş naziri Binyamin Netanyahu ilə görüşməyəcəyini açıqlaması ilə gərilmişib. Boehnerin, Ağ Ev ilə məsləhətləşmədən Netanyahunu dəvət etməsi, rəhbərlik tərəfindən sərt reaksiya görmüşdü.

Xatırladaq  ki, Obamdan sonra xarici işlər naziri Con Kerry də Netanyahu ilə gəldiyində görüşməyəcəyini bildirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar