Sefilyan: Qarabağ Bakıya qaytarılır
26.03.2015 834 0.0 0

Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb. 

Məlumata görə, doğulduğu Livandan gələrək Dağlıq Qarabağ müharibəsinə qoşulmuş və çox sayda azərbaycanlını yurd-yuvasından didərgin salmış erməni veteran baş verənləri 1920-ci ildə Qars vilayəti ilə bağlı baş verənlərə bənzədir. 

“Onda Qars məsələsi vardı - Ermənistan sovetləşdi, indi Avrasiya İttifaqına girmişik. Şəmin vaxt qarsın verilməsi ilə üsyan başladı. Üsyanın başlaması üçün Dağlıq Qarabağın itirilməsini gözləmək lazım deyil”, - deyə erməni veteran vurğulayıb. 

Müxalifətçi “Təsisçilər parlamenti” təşəbbüsünün kordinatoru Jirayr Sefilyan erməni xalqını rejimə qarşı mübarizəyə çağırıb. O, vətəndaşları kreditləri və cərimələri ödəməməyə, vətəndaş itaətsizliyinə dəvət edir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar