Seçki ilə bağlı səhv proqnoz verən ABŞ politoloqu efirdə böcək yedi-VİDEO
13.11.2016 1148 0.0 0

Donald Tramp qələbə qazanacağı təqdirdə böcək yeyəcəyini söz verən politoloq Sem Vonq öz sözünü tutaraq CNN telekanalının efirində böcək yeyib.

Məlumata görə, ictimai sorğuların aparılması üzrə ekspert olan Sem Vonq CNN aparıcısı ilə söhbət zamanı böcəklərlə dolu qab çıxarıb və yemək niyyətində olduğunu bildirib. Aparıcıdan təsdiq cavabı alan Vonq həşəratı bala batıraraq yeyib.

“Sən bunu etdin! Sən sözünü tutdun”, - aparıcı gülərək bildirib.

Qeyd edək ki, Donald Tramp ABŞ-da noyabrın 8-də keçirilən seçkidə 290 səs sayı toplayaraq qalib gəlib. Seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra öz vəzifəsinin icrasına başlayacaq./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar