Seçki dairələrində müşahidə aparmaq istəyənlər üçün son gün
21.09.2016 420 0.0 0

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bır sıra prosedurlar bu gün başa çatır.

Məlumata görə, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi bu gün başa çatır.

Həmçinin sentyabrın 21-də referendum üzrə səsvermə bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi vaxtı başa çatır.

Qeyd edək ki, referendumla əlaqədar 5 milyon 280 min 924 bülleten çap olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar