Saxta peyğəmbər xəstələri milçək dərmanı ilə sağaldır
24.11.2016 1063 0.0 0

Cənubi Afrikada özünü peyğəmbər elan edən bir rahib xəstələri milçək dərmanı ilə sağaldır.

Məlumata görə, Lethebo Rabalago alı rahib sosial şəbəkədə "Doom" markalı milçək dərmanı ilə insanları sağaltdığını iddia edib.

Dərmanı istehsal edən şirkət spreyi üzə püskürtməyin təhlükəli olduğunu bildirib. Limpopo dövlət komissiyası isə bu dərmanın təsirindən ziyan çəkən şəxsləri şikayət etməyə çağırıb.

Limpopo bölgəsində bir kilsənin başçısı olan rahib milçək dərmanını yerli xalqın gözünə və bədəninin müxtəlif nayihələrinə püskürdür. Rabalago milçək dərmanının gözündə infeksiya olan bir qadına tətbiq edib və qadının sağaldığını bildirib.

Rahib bu dərman vasitəsilə QİÇS və xərçəng xəstəliyini də müalicə etdiyini söyləyir./Olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar