Satqın casusun büstü nümayişə çıxarıldı (FOTO)
09.05.2015 671 0.0 0

Keçmiş casus Edvard Snoudenin şərəfinə ucaldılan bust ziyarətçilərə göstərilib. 

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin bir qrup heykəltaraş tərəfindən hazırlanan büstü mayın 17-nə qədər Bruklindəki “The Boiler” sənət qalereyasında nümayiş etdirilir.

Snoudenin 4 fit (1.2 metr) hündürlüyü olan büstü aprelin 6-da gecə saatlarında ABŞ Müstəqilli Müharibəsində ölənlərin xatirəsinə ucaldılan sütunlardan birinin üzərinə yerləşdirilsə də, səhər saatlarında işə gələn park işçiləri polisə məlumat vermiş və büst ərazidən götürülmüşdü.

Daha sonra məşhur vəkil Ron Kubinin cəhdləri nəticəsində bust geri qaytarılaraq heykəltəraşlara təhvil verilib. 

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ kəşfiyyat orqanlarının milyonlarla insanın telefon zəngləri, email-ləri, facebook və twitter-də şəxsi səhifələrinə gizli şəkildə izlədiyini bəyan etmişdi. Etdiyi bu hərəkətlərdən sonra hüquq müdafiəçilərionu müstəqillik qəhrəmanı kimi qəbul edir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar