Sammitdə dava düşdü: qətərlilər səudiləri döydülər - VİDEO
17.06.2017 837 0.0 0

Küveytin paytaxtı Əl Küveyt şəhərində Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının (Gulf Cooperation Council, GCC)  toplantısında Səudiyyə Ərəbistanının və Qətərin nümayəndə heyətlərinin üzvləri arasında dava düşüb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, davanın videosunu American Herald Tribune-un əməkdaşı, jurnalist Samirə Xan yayıb.

Davaya səbəb Səudiyyə Ərəbistanın Neft və Təbii Ehtiyatlar Nazirliyinin əməkdaşlarının qətərli həmkarlarını söymələri, təhqir etmələri olub.

Qətərlilərin səbr kasası daşıb və onlar təhqirlərə yumruqlarla cavab veriblər.

Davada Qətərin nümayəndə heyəti qalib gəlib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar