Salyanda azyaşlı suda boğulub
02.09.2015 550 0.0 0

Qazeta.info FHN-in məlumatına əsasən bildirir ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olmuşdur.

Daxil olmuş məlumatdan sonra, Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat bu gün saat 07:15-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar