Salyanda ağır yol qəzası-ölən və yaralananlar var - FOTO - VİDEO
26.07.2017 1696 0.0 0

 Salyan rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. 

"Report"un Aran bürosunun məlumatına görə, "Mercedes" markaklı avtomobilin sürücüsü, Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov ölüb.

Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, Telman Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva yaralanıb. 


*** 10:53

Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Məlumata görə, hadisə Ələt - Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markaklı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar