Sakinlərə böyük sürpriz
11.03.2015 743 0.0 0

Hər il olduğu kimi bu il də, Bakıda dövlət səviyyəsində Novruz bayramı ilə əlaqədar tədbirlər keçiriləcək. 

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, tədbirlər Qız Qalasının qarşısında başlayacaq. Onun sözlərinə görə, tədbir Dənizkənarı Milli Park ərazisində davam edəcək. Tədbirlər “Saat qülləsi”nə qədər olan ərazidə təşkil olunacaq.

“Bulvar ərazisində Azərbaycan kulinariyasının təbliğ olunacaq. Mətbəximizə aid bütün yeməklər bişiriləcək və nümayiş olunacaq. Bundan başqa, regionlarda istehsal olunan məhsulların satışı üçün yarmarka təşkil olunacaq”, - deyə Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, bu il Olimpiya Oyunlarının keçirilməsilə əlaqədar turistlərə paytaxtımızda idmanın necə inkişaf etdiyi nümayiş olunacaq. Bunun üçün bulvarda xüsusi stendlər qurulacaq. Həmin stendlərdə idmançılar öz bacarıqlarını göstərəcəklər.

“Bulvar ərazisində bir neçə yerdə konsert proqramları təşkil ediləcək. Bulvarda meyxana, milli musiqilər, muğam, aşıq musiqiləri səsləndiriləcək. Novruz atributlar olan Bahar qızı, kosa, keçəl paytaxt sakinlərinin və qonaqların kefini açacaq. Martın 21-də axşam saatlarında möhtəşəm atəşfəşanlıq olacaq”, - deyə Nazim Məcidov bildirib.

Nazim Məciov əlavə edib ki, Novruz bayramında Bulvar İdarəsinin işçiləri gücləndirilmiş iş rejimində çalışacaqlar: “Bulvarda satış obyektləri səhərə qədər fəaliyyət göstərəcək. İdarənin təhlükəsizlik xidmətinin əməkləri 24 saatlıq xidmət göstərcək. Bulvar ərazisində satış və xidmət qiymətlərinin süni şəkildə qaldırılmaması üçün ciddi nəzarət olunacaq”.

Qeyd edək ki, İçərişəhərdə konsert proqramları təşkil olunacaq. Burada da, hər il olduğu kimi yarmarkalar və şənlik proqramları təşkil olunacaq. /ansprerss/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar