Şair Gülağa Tənha Akif Çovdarovun işində zərərçəkən şəxsə 19,5 milyon dollar verdiyini deyib
07.10.2016 1002 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki,, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən isə İlham Qasımov ifadə verrək heç kimə qarşı dələduzluq etmədiyini deyib. İlham Qasımov şair Gülağa Tənhanın onunla bağlı prosesdə verdiyi ifadəyə münasibət bildirib: "Sadəcə, bəzi adamlar Gülağa müəllimlə mənim münasibətimi pisləşdirdi. Həmin adamlar Gülağadan mənim adımla pul alırdılar. Onlar gördülər ki, Gülağa müəllimin pulu çoxdur. Pərvin adlı şəxs ondan istifadə etməyə başladı. Bizi ilişdirdilər. Gülağa müəllimi də qızışdırdılar, guya onun pulunu mənim mənimsədiyimi dedilər. Gülağa mənə yalnız 13 milyon 667 min dollar verib. Qalan 6 milyon dollar isə mənə verilməyib".

 

İ. Qasımov özünü təqsirli bilmədiyini deyib.

 

Proses oktyabrın 14-də davam etdiriləcək.

 

***

 

12:01 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda şair Gülağa Tənha ifadə verib. O ifadəsində bildirib ki, 2014-cü ildən İlham Qasımovla münasibətləri çox yaxşı olub və onunla şərik olaraq biznes plan qurmağa qərar veriblər.

 

Onun sözlərinə görə, "Odlar Yurdu MTK"-nın adı ilə qurulan şirkətin fəaliyyəti üçün İ. Qasımova ümumilikdə 19,5 milyon dollar verib: "O da bu pula bina tikməli idi. Mənə deyirdi ki, əlimizə yaxşı pul gələcək, yaxşı qazanacağıq. Sonra bu işlər alınmadı və onun məni aldatdığını gördüm. 12 ev tikirdi, mənə 18 deyirdi. Mən də pulumu istəyəndə, İlham məni təhqir etdi. Bundan sonra məsələni qanun çərçivəsində həll etməyi qərara aldım. Müxtəlif rayonlarda İlham Qasımov 40-a yaxın adamı aldadıb. Pulumuzu istəyəndə isə məni təhqir edirdi". 

Gülağa Tənha 19,5 milyonun müqabilində İlham Qasımovdan 1 milyon manat istədiyini deyib: "Heç olmasa 1 milyon versin, desin ki, bağışla, bu məsələnin üstündən xətt çəkim. Amma o, mənə bir qəpik də verməyəcəyini bildirir".


O, İ. Qasımovun borcu olan şəxslərdən birinin hələ həbsxanada olarkən vəfat etdiyini də deyib. 



Sonra Gülağa Tənha dövlət ittihamçısının suallarını cavablandırıb. 

 

 

Proses davam edir.

 

 

İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.

 

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar