Şahzadə Diananın naməlum şəkilləri üzə çıxıb
11.08.2015 745 0.0 0

20-ci əsrin ən məşhur qadınlarından olan şahzadə Diananın bundan əvvəl heç yerdə görünməyən şəkilləri yayılıb. 

Məlumata görə Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə çəkilən 14 ağ-qara və rəngli fotoşəkilləri hərraca çıxarılıb. 

Şəkillərdə şahzadə Çarlz və füsünkar gəlinlik paltarında olan şahzadə Diana Böyük Britaniya kraliçası ikinci Yelizaveta və kral ailəsinin digər üzvləri şahzadə Enn, Marqarita və Endryunun əhatəsində təsvir olunublar. Şəkil kolleksiyasının müəllifi britaniyalı fotoqraf Patrik Liçfildin köməkçisi olub.

Şahzadə Diana və kral ailəsinin üzvləri 

 


Şahzadə Çarlz və şahzadə Diana

 

Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolk qraflığında zadəgan ailəsində dünyaya gəlib. Gələcək həyat yoldaşı şahzadə Çarlzla İsveçrədə ali təhsilini başa vurduqdan sonra Londona qayıtdığı zaman tanış olub. 1981-ci ildə qurulan evlilik 1992-ci ildə başa çatıb. Şahzadə Çarlzla evlilikdən Uels şahzadəsinin iki oğlu şahzadə Uilyams və şahzadə Harri olub. 36 yaşlı Diana 1997-ci ildə avqustun 31-də Parisdə Pont de l'Alma tunelində baş verən yol qəzası nəticəsində həlak olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar