Sahil Babayev: Yeni avtomobil zavodu ilin sonuna kimi istifadəyə veriləcək
13.09.2017 876 0.0 0

2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda yeni avtomobillərin buraxılacağı planlaşdırılır. Bunu Rusiya bürosuna Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Neftçalada avtomobil zavodunun tikintisi sona çatmaq üzrədir: "Biz iranlı tərəfdaşlarımızla birgə avtomobil istehsalının başlanğıc tarixini gələn il kimi müəyyən etmişik".

Qeyd edək ki, Neftçala sənaye məhəlləsində İran tərəfi ilə birlikdə tikilməkdə olan avtomobil zavodunun əsası 2016-cı ildə qoyulub. Müəssisənin planlaşdırılmış gücü ildə 10 min avtomobil təşkil edir.

Nazir müavini həmçinin əlavə edib ki, öz zavodlarını tikən əczaçılıq şirkətləri ilə də əməkdaşlıq davam edir: "P-farm" şirkətinin zavodu gələn il istifadəyə veriləcək, İranın əczaçılıq şirkətinin zavodunun isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub".

S.Babayev qeyd edib ki, ölkə başçısının sərəncamı ilə əsası qoyulmuş sənaye parkları və məhəllələri uğurla inkişaf edir və yenilərinin açılışı planlaşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar