Sahibsiz heyvanlar peyvənd olunur
11.03.2015 827 0.0 0

Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinə istinadla bildirir ki, nazirliyin Dövlət Baytarlıq Xidməti tərəfindən heyvanların qorunması və  xəstəliklərə qarşı profilaktik tədbirlər  həyata keçirilməyə başlayıb.

Belə ki, Dövlət Baytarlıq Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb. Bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı, Sumqayıt şəhərlərinə ezam edilmiş və Çevik qruplar yaradılıb. Ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itlərdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən sahibsiz itlər küçələrdə tutularaq Balaxanı qəsəbəsində xüsusi ayrılmış yerə aparılır. Itlərin saxlanması məqsədi ilə Bakı şəhər ərazisində müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb.

Bundan başqa, heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb. Belə ki, Azərbaycan  “Heyvanların Mühafizəsi ilə bağlı 1987-ci ildə Strasburqda imzalanmış Konvensiyaya qoşularaq. 2005-ci ildə “Heyvanların Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu imzalanıb. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilmişdir. “Heyvanların Mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununa və “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı (“Ev heyvanlarının saxlanması qaydalarının pozulması”) maddəsinə əlavə və dəyişikliklər edilmişdir.

Əlavə olaraq bildirək ki, Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına qoşulub və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar