Şad xəbər-Bakı metrosu pulsuz olacaq
07.05.2015 782 0.0 0

Bakıda ilk Avropa Oyunlarının açılışına gedən insanlar üçün metro pulsuz olacaq. Məlumata görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

M.Pənahov bildirib ki, Avropa Oyunlarının açılışı zamanı bileti və akkreditasiyası olanlar üçün Bakı metrosu pulsuz olacaq.

Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də keçiriləcək./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar