Sabunçuda iki nəfər özünü öldürüb
11.04.2016 445 0.0 0

Bakının Sabunçu rayonunda iki nəfər intihar edib.

 

Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Balaxanı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov və Ramana qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadıqları ünvanlarda özlərini asıblar.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar