Sabiq prezident 17 il azadlıqdan məhrum edilib
28.11.2019 620 0.0 0

Braziliyanın 4-cü Dairəsinin Regional Federal Məhkəməsi ölkənin keçmiş prezidenti Luis İnasiu Lule da Silvanı çirkli pulların yuyulmasında müqəssir bilib.

Qazeta.info bu barədə "Report" -a istinadən xəbər verir.

Bildirilir ki, məhkəmə sabiq dövlət başçısının cəza müddəti 17 il 1 aya qədər artırmağı qərara alıb.

Lula Atibayya işi çərçivəsində passiv korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.

"Cəza müddəti 17 il 1 ay, 10 gün təşkil edəcək", - xəbərdə deyilir.

Bundan əvvəl Kuritibı Federal Məhkəməsi 2018-ci ildən cəza çəkən sabiq prezidenti həbsdən azad etməyi qərara alıb. Daha əvvəl isə Braziliya məhkəməsi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı ittiham hökmünü təsdiqləyib və bununla da o, dövlət başçısı postuna yenidən iddia etmək hüququnu itirib. Dördüncü dairənin federal regional məhkəməsi ikinci instansiyada sabiq prezident Luis İnasiu Lula da Silvanın işi üzrə əvvəllər çıxarılmış ittiham hökmünü təsdiq edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar