Sabiq müstəntiq Rüfət Səfərovun məhkəməsi baş tutmayıb
31.10.2016 500 0.0 0

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə bu günə təyin olunmuş proses baş tutmayıb. 

 

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, ilkin baxış iclasının baş tutmamasına səbəb R. Səfərovun prosesə gətirilməməsidir.

 

İclas noyabrın 17-nə təyin olunub.

 

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində 9 illik həbs cəzası çıxarılıb. 

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar