Sabahın hava proqnozu açıqlanıb
09.01.2022 253 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 10-u səhərdən 11-i səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Yanvarın 10-u səhərdən 11-i səhərədək bəzi yerlərdə qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 10-u axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar