Sabahdan bu qaydaları pozan sürücülər cərimələnəcəklər (VİDEO)
26.05.2015 1569 0.0 0

Yol nişanlarının qoyulduğu ərazilərə avtomobil sürücülərinin girişi qadağan olunacaq. 

ANS TV-nin məlumatına görə, yalnız bu yollardan Avropa Oyunlarını keçiriləcəyi idman arenalarında xidmət edən avtomobillər istifadə edə biləcək.

Bakıda keçirələcək Avropa Oyunları zamanı çəkilən xüsusi sarı zolaqlı yollardan istifadəyə icazə verilməyəcək. Artıq sözügedən yollara hərəkət qadağandır və hərəkət zolağı nişanları qoyulmağa başlayıb. Əgər sürücü hərəkət edərkən qarşısına qırmızı dairəvi nişanı yəni hərəkət qadağandır yol nişanı çıxarsa, onun avtomobilinin xüsusi akreditasiyası yoxdursa, o, ümumiyyətlə bu yola daxil olmamalıdır.

Ancaq xüsusi ox nişanı yəni hərəkət zolağı ilə birgə hərəkət qadağandır nişanları görünürsə, deməli oxla işarə edilən yoldan yalnız Avropa Oyunların keçirləcəyi arenalara xidmət edən avtomobillər istifadə edəcək. Digər hərəkət zolaqları isə nəqliyyat vasitələrinin ixtiyarında olacaq.

Sayrışan işıqlı nəqliyyat vasitələrinə isə yollarla bağlı məhdudiyyət qoyulmur. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, artıq nişanlar qoyulan yollardan istifadə edən sürücülər cərimələnəcək:

“3.2 - yol nişanın tələbinin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsini 151.1-ci maddəsinə müvafiq olaraq 40 manat miqdarında cərimə nəzərdə tutulur. Biz bəyan etmişdik ki, ayın 29-dan həmin zolaqlar yol nişanları ilə tam şəkildə təmin olunacaq. Amma bu gün hansı yol ayrıcında əgər o zolaqla hərəkətin qadağan edən müvafiq yol nişanı varsa, sürücü artıq bu yola çıxmamalıdır”.

Bundan başqa şöbə rəisi onu da dedi ki, əgər sarı zolaqlı xüsusi yolla digər yollar kəsişirsə, bu zaman hərəkət üstünlüyü xüsusi yola veriləcək. Ona görə də sürüclərdən xahiş onur ki, qarşısına çıxan digər zolaqdakı avtonəqliyyat vasitələrini gözləsin.

Qeyd edək ki, artıq sözügedən nişanların qoyulması işləri may ayının 29-dan etibarən yekunlaşacaq. Və xüsusi sarı zolaqlı yollar Yol Patrul Xidməti əməkdaşları tərəfindən nəzarətə götürülüb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar