Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır
03.04.2018 869 0.0 0

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

Məlumata görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər Səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən paylanılır.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriş çap olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar