Sabah Respublika Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxış edəcəyi ərazilər-siyahı
27.05.2015 600 0.0 0

Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.
 

 

Məlumat üçün bildirək ki, Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaqdır.
Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:
- Fəvvarələr meydanı;
- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);
- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcəkdirşşları olacaqdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar