Sabah ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək
03.12.2021 449 0.0 0

Sabah ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək

Qazeta.info AMEA -nın N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının məlumatına əsasən bildirir ki, 4 dekabr 2021-ci il tarixində cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma tam Günəş tutulması olacaq.

Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar