Sabah bu yaşayış yerlərində su olmayacaq
12.12.2017 1138 0.0 0

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Qazeta.info “Azərsu” ASC-nin məlumatına əsasən bildirir ki, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 13 dekabr 2017-ci il tarixində gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Xatırladaq ki, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar