Sabah bu ərazilərdə qaz olmayacaq
21.04.2016 541 0.0 0

Qazeta.info SOCAR-a istinadla bildirir ki, Ağdaş və Ağdam magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
Aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar