Sabah bu rayonlarda təbii qaz olmayacaq
29.09.2015 676 0.0 0

Ağdaş, Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq 

                                                            
Qazeta.info SOCAR-a istinadla bildirir ki, sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin ''Ucar'' ,“Lək” və “Zərdab”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Çinarlı”,
Astara Magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Təmir müddətində Astara rayonunun Ərçivan, Alaşa, Şovaş, Artopa və Kişab, Şəmkir rayonun Çinarlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar