Sabah bu rayonlarda qaz olmayacaq
11.07.2016 1105 0.0 0

Abşeron və Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq .

Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki, iyulun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə (Xaşa-xuna)” və “Zeytun”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Ovçubərə”, “Göytəpə”, “Cəlilabad”, “Günəşli” və “Biləsuvar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna, Zeytun və Şüvəlan qəsəbələrinin, o cümlədən, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar