Sabah bu rayonlarda qaz olmayacaq
03.03.2015 746 0.0 0

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə ARDNŞ məlumat yayıb.Qazeta.info ARDNŞ-nin  məlumatına istinadla bildirir ki, Cari təmir işləri üzrə əvvəlcədən müəyyən olunmuş plana əsasən, martın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zığ'' və ''Böyükşor'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq” və “Ələt”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qovlar” və “Alakol”, eləcə də Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı'' Qazpaylama stansiyalarında təmir işləri aparılacaq. Təmir müddətində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Qaradağ rayonunun Ələt qəsəbəsi və Şixlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düz qirxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük qırxılı, Qovlar, Aşağı quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun, həmçinin Suraxanı rayonunun Günəşli qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar