Sabah Bakının bu hissəsində su olmayacaq
18.07.2017 863 0.0 0

Sabah Bakının Nəsimi rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar