Saatlıda çoban güllələnərək qətlə yetirilib
19.12.2019 553 0.0 0

Saatlı rayonunda qətl hadisəsi baş verib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndindəki fermaların birində qeydə alınıb. 

Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 

Qətlin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, S.Əliyev fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar