Saakaşvili naməlum istiqamətdə aparılıb
30.12.2021 319 0.0 0

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.

Qazeta.info “Report”a istinadən xəbərinə görə, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb.

"Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!", - Yasko sosial şəbəkədəki hesabında yazıb.

Çərşənbə axşamı Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar