Şəxsiyyət vəsiqənin fotosunu yüklə - 2000 il öncə yaşayan əkizini tap - MARAQLIDIR
25.04.2017 1166 0.0 0

Kanadanın Quebec şəhərindəki “Musee de la Civilisation” muzeyi “Mənim 2 min illik əkizim” adlı sərgi tərtib təşkil etmək üçün maraqlı bir ideyaya əl atıb.

Qazeta.info Metbuat.az -a istinadla bildirir ki, muzey dünyanın dörd bir yanında yaşayan insanları antik ekizləri ilə qarşılaşdırır. Bunun üçün muzey proqram tərtib edib. Həmin proqrama öz şəxsiyyət vəsiqəsinin fotosunu yükləyən şəxslər 2 min il öncə yaşamış oxşarını tapa bilir.

 

 

Proqramda oxşarını tapan şəxslərin fotoları sonradan muzeydə keçirilən sərgidə gələn ziyarətçilərin nümayişinə çıxarılır.

Sistem bu cür işləyir: Şəxsiyyət vəsiqəsinin fotosunu muzeyin “web” səhifəsinə yükləyin.

Qeyd edək ki, bu vaxta qədər muzeyin saytına 25 min şəkil yüklənib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar