Səudiyyəyə tərs şillə
28.03.2015 560 0.0 0

Yəməndə silahlı üsyana başlamış husilər partiyasının idarə heyətinin üzvü Dayfallah Əl Şami Yəmənə silahlı qoşun yeritmək istəyən Səudiyyə Ərəbistanını sərt hədələyib. 

Məlumata görə, Əl Şami deyib: "Səudiyyə Ərəbistanı quru əməliyyatlarına qərar verərsə, Yəmən onların gedəcəyi son torpaq olacaq. Birləşmiş ərəb silahlı qüvvələrinin yaradılması qərarı haqları çığnanan ərəb xalqlarının maraqların heç cür qorumur. İsrail ordusunun bombaladığı Qəzzaya baxın. Hardadır ərəb ordusu? Hardadır qoşunları? Heç bir ərəb ordusu Fələstin xalqını xilas etmək istəmir",- deyə Dayfallah bildirib.

Qeyd edək ki, Yəmən əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin maraqlarını müdafiə edən husi hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. 

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar