Səudiyyə Ərəbistanının hərbçiləri Yəmənlə sərhəddə öldürülüb
09.12.2019 416 0.0 0

Səudiyyə Ərəbistanının 3 əsgəri Yəmənlə sərhəddə öldürülüb.

Qazeta.info “Report” -a istinadla bildirir ki, iki hərbi qulluqçu – çavuş Əhməd bin Yəhya Əl-Qəzvani və sıravi Sultan bin İsa Şelbi Cazan ərazisində həlak olublar. Daha bir əsgər İbrahim Məchəri Nejran ərazisində öldürülüb.

Yəmənin "Ənsərullah" (husi) hərəkatının üsyançıları vaxtaşırı Səudiyyə krallığının sərhədini pozaraq hərbçilərin mövqelərinə atəş açırlar.

Bundan başqa, üsyançılar Səudiyyə Ərəbistanının cənubundakı Nejran və Cazan şəhərlərini də hava zərbələrinə məruz qoyurlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar