Səudiyyə Ərəbistanından Azərbaycana gələnlərin sayı artıb
11.04.2022 388 0.0 0

Mart ayında ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.

 Dövlət Turizm Agentliyinə istinadən xəbər verilir ki, ötən ay Azərbaycana 95 844 xarici vətəndaş gəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin martında ölkəyə 45 110 əcnəbi gəlmişdi.

Bu ilin birinci rübündə isə 246 277 xarici vətəndaş ölkəmizə səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz artım olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 227 əcnəbi gəlib.

Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb. Türkiyədən 24 244, Rusiyadan 17 824, İrandan 15 638, Gürcüstandan 5483, Ukraynadan isə 5327 əcnəbi ölkəmizə daxil olub.

Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-cu ilin üçüncü ayında 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.

Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin I rübündə 6437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla 7751 əcnəbi ölkəmizə gəlib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar