Səudiyyə Ərəbistanında qadınlara `qəyyumların` razılığı olmadan biznes açmağa icazə verilib
19.02.2018 798 0.0 0

Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə krallığın Kommersiya və İnvestisiya Nazirliyi məlumat verib.

Məlumatda deyilir: "Bundan sonra qadınlar "qəyyumlarının" icazəsini sübut etmədən özlərinə biznes aça və elektron xidmətlərdən istifadə edə bilərlər".

Səudiyyə Ərəbistanında olan qəyyumluq sisteminə əsasən, qadınlar dövlət sənədləri ilə iş, səyahət və təhsil üçün öz "qəyyumlarının" yazılı icazəsini təqdim etməlidirlər. "Qəyyum" bir çox halda ər, ata və ya qardaş olur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar