Səudiyyə Ərəbistanı neft obyektlərinə raket hücumunu dəf etdi
05.04.2018 797 0.0 0

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəməndən atılan balistik raketi tutub.

Məlumata görə, raket üsyançı hərəkat "Ənsar Allah” (hüsi qiyamçılar qrupu) tərəfindən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus obyektlərin yerləşdiyi Cizan rayonuna atılıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində obyektlərə heç bir zərər dəyməyib və onlar normal rejimdə fəaliyyət göstərir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar