Səudiyyə Ərəbistanı İranı terrorçuluğu dəstəkləməkdə ittiham edib
20.02.2017 725 0.0 0

 Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib.

Məlumata görə, bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib.

"Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq", - deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, "sual yaranır – nə üçün?".

O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar