Səudiyyə Ərəbistanı hərbçiləri İranın gəmilərini atəşə tutub, 1 nəfər ölüb
18.06.2017 842 0.0 0

Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı qayıqlarına atəş açıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, silahlı insident nəticəsində 1 nəfər ölüb.

Məlumata görə, iki balıqçı qayığı dalğaların yüksək olması səbəbindən yolundan çıxıb. Səudiyyə Ərəbistanı hərbçiləri gəmilərin sərhədi keçib-keçmədiyini müəyyən etməmiş onlara atəş açıblar.

İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda qayıqların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar