Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişib
14.09.2017 593 0.0 0

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb.

Məlumata görə, bu barədə Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

"Onlar anlayırlar ki, Bəşər Əsəd reallıqdır, onunla iş görmək lazım gələcək", - deyə diplomat bildirib və əlavə edib ki, "hazırkı qüvvələr nisbəti səudiyyəliləri ritorikanı dəyişməyə məcbur edir"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar