Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb
18.11.2017 712 0.0 0

Rəsmi Ər-Riyad Berlindəki səfirini məsləhətləşmək üçün geri çağırıb.

Məlumata görə, bu barədə rəsmi "SPA" agentliyi krallığın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Nazirlikdəki mənbənin açıqlamasına əsasən, bu tədbirlər AFR-ın xarici işlər naziri Ziqmara Qabrielin livanlı həmkarı ilə görüşdə Səudiyyə Ərəbistanı barəsində bir sıra fikirlərindən sonra qəbul edilib. Bildirilir ki, həmin fikirlər təəccübə və hiddətə səbəb olub.

Krallıq bu bəyanatlara dezinformasiya əsaslanan, regionda sabitliyə kömək etməyən bəyanatlar kimi baxır. Krallıq həmçinin Almaniyanın bu ölkədəki səfirinə nota təqdim edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar