Səudiyyə Ərəbistanı `WhatsApp` və `Skype` messencerlərinə qoyulan qadağanı ləğv etdi
21.09.2017 431 0.0 0

Səudiyyə Ərəbistanı hökuməti "WhatsApp" və "Skype" messencerlərində səsli zənglərə qoyulan qadağanı götürüb.
 
BBC-yə istinadən bildirilir ki, krallığın Rabitə Nazirliyi  "Voice over Internet Protocol"un  (VoIP) istifadəçiləri üçün sentyabrın 20-dən əlçatan olacağını bildirib.

Səudiyyə hökuməti əvvəllər VoIP-ə "qaydalara riayət etməkdən imtina etdiyi üçün" rədd cavabı vermişdi.

Səudiyyə Ərəbistanında internet senzurası 2011-ci ildə baş verən "Ərəb baharı"ndan sonra güclənib. O zaman hökumət 400 min saytı bloklamaq barədə qərar qəbul edib./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar