Səudiyyə Ərəbistanı 2,6 milyon zəvvarı qəbul etməyə hazırlaşır
10.01.2017 874 0.0 0

Səudiyyə Ərəbistanı hökuməti zəvvarların sayının artırılması üçün müvafiq tədbirlər görməyə hazırdır.

 

Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən verilən məlumata görə, bunu ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd at-Tarifi deyib.

 

O bildirib ki, bu il zəvvarların sayının 2,6 milyon çatacağı gözlənilir.

 

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanda müqəddəs yerləri 1,8 milyon zəvvar ziyarət edib. Zəvvarların sayını Məkkədə əsas məscidin təmiri ilə bağlı aparılan işlərlə əlaqədar 5 il müddətində qüvvədə olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra artırmaq mümkün olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar