Səudiyyəli ilk qadın səfir ABŞ-da vəzifəsinin icrasına başlayıb
04.07.2019 401 0.0 0

Şahzadə Rima bint Bəndər ben Sultan ben Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanı Krallığının ABŞ-dakı səfiri vəzifəsinin icrasına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Fahad Nazir məlumat verib.

Beləliklə, o, Krallığın tarixinə ölkənin xarici diplomatik missiyasına rəhbərlik edən ilk qadın kimi tarixə düşüb.

"Şahzadə Rima dərhal Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı tarixi tərəfdaşlığı gücləndirmək üçün vəzifələrinin icrasına başlayır. O, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa məcbur edəcək", - deyə F.Nazir deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar