Sərxan Kərəmoğlu: `Təranə Qumral səhərə qədər qapıları pusur`
07.06.2017 1212 0.0 0

“Maşın Şou-Qarşıdurma”nın hər günü daha da həyəcanlı keçir.

 

APA TV-nin məlumatına görə, oyunun gedişatı o qədər sürətlə dəyişir ki, kimin nə zaman gedəcəyini müəyyən etmək get-gedə çətinləşir. Bu dəfə diqqət mərkəzində təcrübəli iştirakçı Səidə Sultan oldu.

 

Aktyor Sərxan Kərəmoğlunun atmacası isə şouda növbəti qalmaqalın əsasını qoyub:  “Səhər saat 8-ə kimi bütün qapıların ağzında, koridorda gəzir. Qapıları pusur”.

 

Maraqlıdır ki, Təranə QUmral deyilənləri təkzib etməyib.

 

Bu daxili qarşıdurmanın necə nəticələnəcəyini zaman göstərəcək. Bu arada başqa bir qalmaqal Səidə Sultanla Elcan Rəsulov arasında baş verib.  

 

Səidə Sultan səs toplayacağı təqdirdə, Elcanı da uzaqlaşdıra biləcəyini açıqlamışdı, lakin o, buna müvəffəq ola bilmədi. Çünki çoxluq Səidə Sultana “getsin” deyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar