Sərnişindaşımanın tələblərinə cavab verməyən daşıyıcılar kənarlaşdırılır
23.06.2017 709 0.0 0

Müntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu sahədə qoyulan məqsədə nail olmaq üçün Agentlik tərəfindən bütün zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri aparılmaqdadır.

Qazeta.info Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadla bildirir ki, müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut xətləri üzrə mütəmadi olaraq montitorinqlər keçirilir. Son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.  

213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 DQN-lı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb.  Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.

 

 

Eyni zamanda, 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 DQN-lı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə YDM-ə daxil olduğu üçün sürücünün izahatı alınıb və xəbardarlıq edilib. Məlumat üçün qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yolvermə hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.

Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.

 

 

 

Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar