Sərhəd rayonlarında 30 ton xaşxaş və çətənə kolu aşkarlanaraq yandırılıb
01.11.2016 971 0.0 0

“Xaşxaş 2016” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar olaraq, Dövlət Sərhəd Xidmətinin və yerli polis orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa, Yardımlı, Lerik, Balakən və Zaqatala rayonları ərazisində 13 ton 159 kq xaş-xaş, 16 ton 641 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar